Kevin De Bruyne karyerasını MLS-də davam etdirə bilər

Kevin De Bruyne karyerasını MLS-də davam etdirə bilər
İDMAN
18:43 24.10.2024
248
İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını MLS-də davam etdirə bilər.

Hazırkı klubundan ayrılacağı təqdirdə, 33 yaşlı belçikalı futbolçu MLS komandasına keçməyə üstünlük verəcək.

Daha əvvəl MLS təmsilçisi "San Dieqo"nun yarımmüdafiəçiyə ildə təxminən 20 milyon dollar təklif etdiyi bildirilib.

Qeyd edək ki, cari mövsümdə De Bruyne meydana çıxdığı 6 oyunda 1 qol və məhsuldar ötürmə müəllifi olub.
 
///Report
OXŞAR XƏBƏRLƏR