Aktyor Kevin Speysi gələn ilin oktyabr ayında məhkəməyə çıxacaq.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, London Ali Məhkəməsində Hollivud aktyoru Kevin Speysi üç il əvvəl ittihamlardan bəraət aldıqdan sonra gələn il Londonda cinsi təcavüz ittihamları ilə bağlı daha bir məhkəmə mübarizəsi ilə üzləşəcək.
Qeyd edək ki, Speysi beş fərqli cinsi zorakılıqla bağlı cinayətdə ittiham olunur. Bu cinayətlərin hamısı 2005-2013-cü illər arasında törədilib. Onlardan 4-nün Londonda baş verdiyi bildirilir. Aktyor təqsirli bilinərsə, onu ömürlük həbs cəzası və ya böyük həcmdə cərimə gözləyir.
Gülay










































