"Keyfiyyətli şəhər mühiti vətəndaşların dövlətə olan etimadını artırır" - DEPUTAT

"Keyfiyyətli şəhər mühiti vətəndaşların dövlətə olan etimadını artırır" - DEPUTAT
SİYASƏT
16:52 23.12.2025
113
"2026-cı il Azərbaycanda "Şəhərsalma və Memarlıq ili”elan olundu. Şəhərsalma və memarlıq dövlətlər üçün təkcə estetik və texniki sahə deyil, strateji idarəetmə alətidir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib. 

O bildirib ki, şəhərsalma təhlükəsizlik, həmçinin iqtisadi inkişaf və investisiya cəlbi baxımından vacibdir:

"Şəhərsalma təhlükəsizlik, həmçinin iqtisadi inkişaf və investisiya cəlbi baxımından vacibdir. Azərbaycan öz inkişaf strategiyalarında şəhərsalmanı insan mərkəzli, ekoloji və iqtisadi cəhətdən dayanıqlı şəkildə formalaşdırmağa xüsusi önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən şəhərsalma proqramları və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun qabaqcıl ölkələrindən birinə çevirib”.

Deputat vurğulayıb ki, Azərbaycan BMT-nin  Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi edəcək: 

"Gələn il ölkəmiz BMT-nin ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi edəcək. Məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın yanaşmasının təqdimatı olacaq.
Bu xüsusda 2026-cı ilin Şəhərsalma və Memarlıq ili elan olunması təsadüfi deyil”.

"Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yeni şəhərsalma nümunəsi təqdim edir. Şəhərsalma həm də sosial sabitlik və ictimai rifah baxımından vacib əhəmiyyət kəsb edir. Belə ki, azad olunmuş ərazilərdə müasir şəhərsalma sosial bərabərliyi gücləndirir. Keyfiyyətli şəhər mühiti vətəndaşların dövlətə olan etimadını artırır. Davamlı inkişaf və ekoloji strategiya, yaşıl və "ağıllı” şəhərsalma dövlətin uzunmüddətli dayanıqlıq strategiyasının əsas hissəsidir.
Paytaxtlar və iri şəhərlərin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dövlətin yumşaq gücünü artırır”,- deyə deputat bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR