"Keyxanım” şəxsi həyatından danışdı - VİDEO

"Keyxanım” şəxsi həyatından danışdı - VİDEO
MAQAZİN
16:07 12.04.2017
1145
Musiqili Komediya Teatrının tanınmış aktrisası Ülviyyə Əliyeva ("Keyxanım”) şəxsi həyatının mediada müzakirə olunmasından danışıb.
 
AZXEBER.COM-un məlumatına görə, "APA TV”-nin "Show time” verilişində qonaq olan aktrisa bildirib ki, zaman-zaman barəsində əsassız xəbərlər dərc olunur: "Şəxsi həyatımda gizli saxlayacağım heçnə yoxdur. Bəzən jurnalistlər mənə zəng edirlər, şəxsi həyatımdan soruşurlar, mən də deyirəm ki, bu barədə danışmaq istəmirəm. Amma mənlə danışandan sonra özlərindən məqalə yazıırlar. Onların hesabı ilə mən 8 dəfə boşanıb, 12 dəfə nişanı qaytarmışam. Şəxsi həyatımdan danışmağı sevmirəm. İstəyərəm ki, ancaq yaradıcılığımdan yazsınlar. Özəl həyat belədir ki, öləndən sonra da yazmaq olar. Bu dəqiqə sənətimin elə bir nöqtəsindəyəm ki, yaradıram. Bu fikirlərim böyük çıxmasın, yəni yaradıcılığımla məşğulam.
 
Bəzi jurnalistlər mənim şəxsi həyatımdan daha çox yazırlar. Amma aralarında yaxşıları da var. Məsələn mənlə müsahibəyə gəlmədən öncə sənətim barədə qabaqcadan məlumatlanır, daha sonra sual verir. Mən 1998-ci ildən bəri teatr sahəsində çalışıram. Hətta nə vaxtda sənətə gəldiyimi də qabaqcadan oxuyanları var”.
 
Qeyd edək ki, "Show time” verilişi həftənin 2-ci günləri saat 15:10-da "APA TV”-də Yalçın Uğurun təqdimatında yayımlanır. 
 
OXŞAR XƏBƏRLƏR