KFC-də uşaqların nədən zəhərləndikləri bilindi

KFC-də uşaqların nədən zəhərləndikləri bilindi
SOSİAL
16:02 19.09.2016
6502
Sentyabrın 14-də KFC-də 3 uşağın zəhərlənməsi ilə bağlı müraciət araşdırılıb.
Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib ki, bu barədə uşaqların valideyni də onlara müraciət edib: "Zəhərlənən uşaqlardan birinin valideyni Zaur Mirzəzadə bizə müraciət edərək, uşaqların məhz KFC-də qidalanandan sonra zəhərləndiklərini deyib. Sentyabrın 14-də 3 uşaq - Mirzəzadə Rəfael (4 yaş), Elgün Həsənzadə (10 yaş), Mövlanə Bayramlı (7 yaş) Nəsimi rayonu ərazisində yerləşən KFC-də qidalanıblar. Onlar ishal və qusma ilə sentyabrın 15-də 1 nömrəli infeksion xəstəliklər şöbəsinə yerləşdiriliblər. Rəfael Mirzəzadəyə qastroenterit diaqnozu qoyulub. Onun mədəsi yuyulub və xəstəxanada saxlanılıb. Digər uşaqların ailələri isə xəstəxanada saxlanmasını istəməyiblər. Lakin ayın 17-də digər iki uşağın da vəziyyəti pisləşib və onlar təkrar xəstəxanaya yerləşdiriliblər. Xəstələrin qusma və ishal nümunələrindən aparılan laborator müayinələr nəticəsində klipsella bakteriyaları aşkarlanıb. Hazırda uşaqlar xəstəxanadadırlar".
İ.Abdullayev onu da vurğuladı ki, bu bakteriya qidadan keçir və onun aşkarlanması uşaqların məhz qidadan zəhərləndiyini sübut edir: "Eyni qidadan 100 nəfər yesin, ancaq onlardan bir neçəsi zəhərlənsin. Bir nəfər zəhərlənsəydi, bu zaman qida faktorunu inkar etmək olardı. Lakin 3 nəfər eyni vaxtda, eyni qidanı qəbul edirsə, onlarda bu bakteriya aşkarlanırsa, bu, həmin şəxslərin məhz qidadan zəhərləndiyini göstərir".
İ.Abdullayev bundan sonra KFC-də hər hansı yoxlama aparıla biləcəyinə də aydınlıq gətirdi: "Bunun üçün vətəndaş şikayət ərizəsi ilə müraciət etməlidir. Bu məlumat Ədliyyə Nazirliyinin reyesterinə daxil olmalıdır. Əgər İqtisadiyyat Nazirliyi yoxlamaya ehtiyac duyduğu halda biz bu işi həyata keçirə bilərik. Valideyn bizə bildirdi ki, artıq bu barədə müraciət ünvanlayıb. Həmin müraciətə razılıq veriləndən sonra biz KFC-də yoxlama apara bilərik. Düzdür, bu yoxlama zamanı məhz həmin qidadan zəhərlənməni təsdiq etmək mümkün olmayacaq. Çünki artıq hadisədən bir neçə gün keçib və hazırda həmin məhsullar satışda yoxdur. Bizim araşdırmamız zamanı orada çirklənməyə səbəb ola biləcək faktları müəyyən edə bilərik. Bundan başqa, gələcəkdə bu halların qarşısını almaq olar. Bu müəssisələrdə gigiyena qaydalarına riayət edilir, lakin ola bilər ki, hansısa işçinin səhlənkarlığı, diqqətsizlik nəticəsində belə hal yaşanıb".
Qeyd edək ki, xəbər mətbuatda yayılan gün KFC şirkətindən verilən məlumatda fakt təsdiqlənmiş və araşdırılıb məlumat yayılacağı deyilmişdi. Bu gün təkrar şirkətlə əlaqə saxladıq. Şifahi verilən məlumatda belə bir halın mümkün olmadığını dedilər. Şirkətdən hadisə ilə bağlı apardıqları araşdırmanın nəticəsi barədə yazılı məlumat verəcəklərini bildirdilər.
Əgər belə bir məlumat yayılarsa, onu da işıqlandıracağıq. (publika.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub