Köhnə avtomobil sahiblərinə şad xəbər

Köhnə avtomobil sahiblərinə şad xəbər
SOSİAL
10:45 07.04.2026
1108
Ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir.

Bunu nəzərə alaraq, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib. Bəs hazırda bu sahədə vəziyyət necədir?

AZXEBER.COM xəbər verir ki, "Təmiz şəhər” ASC-dən Bizim.Media-ya "Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun uyğun olaraq, ötən müddət ərzində "Təmiz Şəhər” ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görüldüyü bildirilib.

"Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən 4 utilizator (Bakıda "Fors” MMC, Abşeron rayonunda "Fast Track” MMC, Gəncədə "Semsan” və Sumqayıtda "Eco Metal” MMC şirkəti) reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlayıb.

Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə elektron portal istifadəyə verilib.

Mövcud tələblərə əsasən, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar istifadəyə verilmiş www.nvu.gov.az elektron portalına daxil edilərək, ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsi qəbul məntəqəsinə təhvil verilməlidir.

Nəqliyyat vasitəsi utilizasiyaya təqdim edildikdən sonra onu utilizatora təhvil verən şəxsə təsdiqedici sənəd təqdim edilir. Həmin sənəd əsasında birdəfəlik ödəniş və ya yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt almaq mümkündür.
"Təmiz Şəhər” ASC-nin operatorluğu ilə həyata keçirilən prosesdə ötən ilin oktyabr ayından indiyə qədər 25 min 300 nəqliyyat vasitəsi utilizasiyaya verilib və bu rəqəm hər gün artmaqdadır.

Nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində 1348 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilmiş, 1 milyon manatdan çox birdəfəlik ödəniş isə ərizəçilərin bank hesabına ödənilib.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır”.

Məlumdur ki, köhnə avtomobillər əsasən bölgələrdədir. Həmin avtomobilləri mərkəzi şəhərlərə daşımaq isə xeyli vəsait tələb edir. Ona görə də bölgələrdə yaşayan köhnə avtomobil sahibləri prosesə o qədər də həvəslə qoşulmurlar. Elə isə regionlarda qəbul məntəqələrinin açılması istiqamətində hansısa iş gedirmi?

Suala cavab olaraq qurumdan bildirilib ki, utilizatorlar özəl şirkətlərdir və müvafiq reyestrdə qeydiyyatdan keçərək "Təmiz Şəhər” ASC-nin operatorluğu ilə fəaliyyət göstərirlər:

"Cəmiyyət olaraq məqsədimiz utilizatorların sayının artırılmasıdır. Hazırda ölkə üzrə 4 utilizator fəaliyyət göstərir. Bakı, Gəncə və Abşeronla yanaşı, 2026-cı ilin mart ayından etibarən artıq Sumqayıt şəhərində də yeni utilizator məntəqəsi nəqliyyat vasitələrinin qəbuluna başlayıb.
Bölgələrdə utilizator kimi fəaliyyət göstərmək istəyən sahibkarlar "Təmiz Şəhər” ASC-yə müraciət edə bilərlər. Ölkə ərazisində nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirmək üçün müəyyən olunmuş tələblərə cavab verən şirkətlərin utilizator kimi qeydiyyata alınmasında hər hansı məhdudiyyət nəzərdə tutulmur”.

Bu məsələdə maraq doğuran digər bir məqam utilizasiya qiymətləridir. Məlumdur ki, utilizasiya qiyməti bir neçə il əvvəl müəyyən edilib. Ötən dövrdə isə infilyasiyanın həcmi kifayət qədər yüksək olub.

Bəs utilizasiya qiymətlərinə yenidən baxıla bilərmi? "Təmiz Şəhər” ASC-dən bununla bağlı bildirilib ki, utilizasiya ilə bağlı qiymətlərin artırılması istiqamətdə hazırlanmış təkliflərlə bağlı müzakirələr aparılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
19:11 04.11.2026
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
18:58 04.11.2026
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
18:49 04.11.2026
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
18:36 04.11.2026
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?