Ölkəmizdə köhnə bazarın yeni üsulla faliyətinin sürətlə artdığı görürük. Bu günün insanının yenilikçi və tənbəlliyindən eyni zamanda arzularının artaraq, inteqrasiya etməsi səbəbindən yaranan zərurəti görən iri distiributur və İstehsalçılar supermarket anlayışını özlərində formalaşdırmağa başladılar. demək olarkı əksər iri distiributurlar və istehsalçılar özlərinin SM-lərini açaraq faliyətə başlamışlar, burada fərdi sahibkarlar eyni zamanda yüksək çinli məmurlarda bu bazardan pay götürmək arzusu ilə öz SM şəbəkələrini durmadan genişləndirməkdədirlər. Bəs supermarket anlayışı necə formalaşıb? Supermarket necə olmalıdır? Şəbəkənin faliyyəti və xidməti. ən əsası son istehlakçı yə biz müştərilərə bunun xeyir və zərəri nələrdi.
Supermarket bazarında örnəy götrüləcək şirkətlərdən və ilklərdən bir neçəsi.
Qərbdə-Walmart
Avropada – carrefour
Şərqdə -- Migros
Supermarketlər hər bir yerdə fərqli şəkildə fəaliyət göstərirlər.fərqlilik həmin toplumun, həmin yerin adət -ənənələri, milli mətbəx dəyərləri ilə dəyişir. ümümi olaraq SM-standartlarına əməl olunmaldır. Bu qaydalar pozulduğu halda həmin müəssələr supermarket deyil sadəcə bir mağaza adlandırılmağı yada market adlandırılmağı düzgün olardı.
1-hər kəsin, hər transportun rahatlıqla çata biləcəyi bir ərazidə yerləşməsi.
2-Avtoparkın geniş və rahat olması
3-SM-in 1500 m2-dan geniş olması.
4-maxsimum 2-mərtəbədə yerləşmək, 1-mərtəbəli olması daha məqsədəuyğundur, 2-mərtəbəli olduğu təqdirdə çıxış- düşüş həm insanlar, həm arabalar üçün rahat olmalıdır.
5-hər yaş insan üçün öz maddi və mənəvi eyni zamanda fiziki ehtiyaclarını rahatlıqla qarşılaya biləcəy mədəni məkanların olması. (uşaq otaqları, WC-lər, nazmaz otaqlar, cafelər)
6-SM-ə girdikdə qaşılanma və konpaniyalar haqda məlumatın asan əldə edilə bilməsi.
7-şöbələrin rahat tapılması üçün yön göstərən işarələr və arabaların rahat hərəkəti üçün vitrin aralarının geniş olması, vitrində endirimli məhsullar, konpaniyallar gözə çarpacaq şəkildə şöbədə görsənilməsi.
8-məhsul çeşidi 30.000-dən çox olmalıdır. Bunların 80%-ni qida, 20%-ni qeyri qida təşkil etməlidir.
9-məhsulların üzərindəki qiymət dəqiq olmalıdır, əks təqqdirdə bu müştəriyə qarşı yalnış informasiya kimi qəbul olunub aldatmaq adlandırılır, bu hal baş verdikdə isə müştəri minimal qiymətlə məhsulu almaq haqqına sahibdir.
9-məhsulların saxlanma şəraiti və son istifadə tarixləri düzgün olmalıdır.
10-konpaniyada olan məhsullar mütləq stockda olmalıdır.
11-kassalar daim aktiv və boş olmalıdır, kassanın önündə mütləq qablaşdırıcı olmalıdır.
12-call center bu alıcıların haqqlarının qorunması deməkdir.
Supermarket deyərkən ilkin olaraq bir qisminizin ağlına ALMALI gəlir, amma bilinən və bilinməyən səbəblərdən bazara uğurla girən və bazarı zəpt etməyi bacaran bu şəbəkə öz artım tenpinə uyğun olaraqda qısa zamanda iflasa uğradı.
Almalının iflasından faydalanmağa çalışanlar eyni marketləri müxtəlif adlar altında istifadəyə çalışdılar, bunlar albalı, şaftalı ve s. adlarda faliyyətə başladılar. Almalı ilə yanaşı adların çəkəcəymiz Ramstore, Continental SM-şəbəkələridə öz işlərinə davam etməkdə idilər. Amma günü-gündən bazarın tələbi artıqca və istehlakçıların istəkləri artdıqca SM-şəbəkələrinə ehtiyac dahada artmağa başladı.Bu rəqabətə dözməyənlərdən biridə Ramstore SM-şəbəkəsi oldu.
SM-lər əsas pirinsipləri daxilində öz fəaliyyətlərini müxtəlif prinsiplərə ayırırlar. Məsələn Neptun yüksək xidmət, bizim ucuz qiymət, grandmart –halallıq və s. əksər hallarda bu prinsipləri özləri bilərək və yaxudda bilməyərək pozsalarda (əldə olan və olmayan səbəblərdən) amma hər birinin arzusu öz sferasında artmaqd və daha çox seqmentə yönəlməkdir.
Bu il daha bir ilk SM-dən biri Ramstore öz işini Azırbaycanın ən böyük Holdinginə təhfil verərək bazardan çıxdı. Ramstore artıq Bazarstore oldu.
SM-bazarının Azərbaycanda böyüdüynü görən Holdinqlər artıq ciddi-ciddi bu işlə maraqlanırlar, o cümlədən xarici investorlar.
Gələn il isə sizləri yeni bir sfera Hipermarketlər gözləyir amma onuda bildirmək yernə düşərki hər şeydən ilk öncə hər bir açılan SM və ya HM olsun bunları öz təyinatları üzrə və təyin olunmuş beynəlxalq standartlara uyğun inşa edib fəaliyyət göstərməkdir.
Çox olub bərbad olmasındansa, az olub gözəl olması daha məqsədə uyğun olardı. Burdada misal olaraq PARKBULVAR və onun bənzərlərini göstərmək olar. Biri tam olaraq gözəl və təyinatı üzrə çalışır sonradan inşa edilənlərsə sadəcə ad olaraq çalışır.
SM-lər əsasən insanların toplu alış-verişni bir məntəqədən rahat, əyləncəli bir şəkildə almalarına xidmət etməlidir.
Hər şöbəsində təcrübəli satıcı müştərilərə məhsulun istifadə qaydasından tutmuş məhsulun tərkibindəki maddələrə qədər bilməsi lazımdı.
Mağaza müdürləri arxa ofisdə nə işlə məşqqul olmalarından aslı olmayaraq, müştərinin hər hansı bir narazılığın aradan qqaldırılması üçün həmin anda hadisə yernə yaxınlaşmalıdır, bu qaydanı yalnız müştərisinə insan kimi yanaşan və həqiqətən müştərisinə dəyər verən SM-lər edir.
Bu sektorda alıcılarında aktiv olmağı zəruridir, çünki onlar şikyətlərini yazılı sürətdə bildirmirlər, yazılı sürətdə bildirilən şikayət vaxtında və bir daha olmamaq üzrə həlli asan və faydalı olur. Bu baxımdan SM-lərdə call center olması mütləqdir.
Apardığım sorğu əsasında müştərilərin SM-lərdə diqqət etdiyi 4-funksiya varki bunlar yaş kateqoriyası, sosiayal, maddi vəziyətinə insanla görə dəyişir.
1-çeşid çoxluğu
2-keyfiyyət
3-qiymət
4-xidmət
Bunları təhlil etsək aşağıdakı nəticələri əldə etmiş oluruq.
1-çeşid çoxluğu SM-in maddi vəziyyətindən xəbər verir, əyər maddi vəziyyəti yaxşı deyilsə həmin SM-də çeşid azlığı ilə qarşılaşacağsınız.
2-keyfiyyət SM-in müştərisinə və özünə verdiyi dəyərdir.
3-qiymətin ucuz və yaxudda baha olması, SM-in kirayə və yaxuda özünün olması, anbarının və şəbəkəsinin geniş və yaxudda qısıtlı olmasından, məhsulların alışından aslıdır.
4-xidmətin yaxşılığı isə SM-lərin işçisinə verdiyi məvacibə və hörmətnə görə dəyişir. əyər yaxşı xidmət edən bir SM-varsa burda işçilər ya yaxşı məvacib alır yada yaxşı motivə edilir.
Tural Abdullayev
Marketolog
Retail & Service üzrə Biznes Consultant
E-mail:[email protected]/* */