Köhnə sevgilisi Şakiradan 100 milyon dollarını istəyir
MAQAZİN
13:29 18.04.2013
1308
Dünyaşöhrətli müğənni Şakiranı məhkəməyə verən keçmiş sevgilisi, ondan əl çəkmək istəmir. Belə ki, Argentinanın sabiq prezidentinin oğlu Antonio de La Ruanın Şakiradan təzminat qismində 100 milyon dollar tələb etdiyi ərizəsi Kaliforniya ştatının Ali Məhkəməsinə verilib.11 il Şakira ilə birlikdə olan keçmiş sevgilisi iddia edir ki, bu müddət ərzində Şakiranın onunla təkcə sevgi münasibətləri deyil, həm də biznes münasibətləri olub və məhz onun maddi dəstəyi sayəsində Şakira dünya şöhrəti qazanıb.