Sumqayıt şəhəri ərazisində dəhşətli yol qəzası baş verib.
Bakı-Quba-Rusiya sərhədi magistralının 44-cü kilometrliyində 1980-ci il təvəllüdlü Əliyev Nizami Eldar oğlunun idarə etdiyi "KİA Sportage" markalı minik avtomobili 1937-ci il təvəllüdlü Qasımov Əlişirin Xudaşirin oğlunu vurub. Sürücü dərhal avtomobildən düşərək xəsarət alan 79 yaşlı kişiyə kömək etməyə çalışıb. Bu zaman yüksək sürətlə yaxınlaşan yük maşını yolun ortasında qalmış piyadanın üstündən keçib. Ə.Qasımov hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
///lent.az