Kiberpolisdən növbəti əməliyyat - daha bir neçə onlayn qumar şəbəkəsi ifşa olundu

Kiberpolisdən növbəti əməliyyat - daha bir neçə onlayn qumar şəbəkəsi ifşa olundu
SOSİAL
14:04 08.10.2025
207
Polis əməkdaşlarının onlayn qumar və mərc oyunlarına qarşı mütəmadi olaraq profilaktik tədbirlər keçirməsinə baxmayaraq, sosial şəbəkələrdə hələ də bu cür qanunsuz hərəkətlərə rast gəlinməkdədir. 

AZXEBER.COM xəbər verir ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən bu istiqamətdə daha bir neçə əməliyyat-texniki tədbir hazırlanaraq həyata keçirilib. Əməliyyatlar zamanı 42 yaşlı Həsən Səbili, 33 yaşlı Orxan İbrahimli və əlbir olduğu 28 yaşlı Taleh Ağayarov, həmçinin 36 yaşlı Salman Cəfərov və tanışı 35 yaşlı Rauf Hüseynov saxlanılıblar. Adları sadalanan şəxslər ölkədən kənarda yaradılan "7isles”, "fastloto.com" və "chcplay.net” internet saytlarında təşkil edilmiş qumar oyunlarının idarəçiləri ilə cinayət əlaqəsinə keçərək əlbir olublar. Daha sonra onlar həmin saytlar üzərindən sosial şəbəkələrdə "Ambassasdor", "Kazino 555”, "VİP 888”, "Shangrila” və digər səhifələr açaraq yerli vətəndaşları mərc oyunlarına cəlb ediblər. Saxlanılan şəxslərin istifadə etdikləri ofis və mənzillərə baxış zamanı elektron sübutlar, bank kartları, çoxsaylı mobil nömrə və s. sübutlar aşkarlanıb. Araşdırmalarla dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə edildiyi də müəyyən olunub.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. 

Bir daha vətəndaşları qanunsuz mərc və qumar adı altında sosial şəbəkələrdə təşkil olunan oyunlarda iştirak etməməyə çağırırıq. Xüsusi olaraq vurğulayırıq ki, qanunsuz onlayn mərc oyunları üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Belə olan təqdirdə isə həmin şəxslər kiberdələduzluq halları ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İspaniya millisində itki – “Real”ın müdafiəçisi heyətdən çıxarıldı
16:07 08.10.2025
İspaniya millisində itki – “Real”ın müdafiəçisi heyətdən çıxarıldı
Gəncədə qətlə yetirilən məktəbli oğlanın FOTOSU
15:55 08.10.2025
Gəncədə qətlə yetirilən məktəbli oğlanın FOTOSU
Gəncədə yeniyetməni qətlə yetirən şəxsin kimliyi məlum oldu
15:51 08.10.2025
Gəncədə yeniyetməni qətlə yetirən şəxsin kimliyi məlum oldu
Polisdən piyadaların hərəkətinə çətinlik yaradan sürücülərə MÜRACİƏT
15:46 08.10.2025
Polisdən piyadaların hərəkətinə çətinlik yaradan sürücülərə MÜRACİƏT
Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru
15:34 08.10.2025
Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru
Bakı metropolitenində rəhbər şəxslər işdən çıxır - Yanvardan artımlar verilmir
15:31 08.10.2025
Bakı metropolitenində rəhbər şəxslər işdən çıxır - Yanvardan artımlar verilmir
Bu avtobuslar da 60 qəpik oldu - YENİ SİYAHI
15:20 08.10.2025
Bu avtobuslar da 60 qəpik oldu - YENİ SİYAHI
Vətəndaşlarımız Rusiyada aeroportda saxlanılıb - “Qapını arxadan bağlayıblar” - Video
15:14 08.10.2025
Vətəndaşlarımız Rusiyada aeroportda saxlanılıb - “Qapını arxadan bağlayıblar” - Video
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı
15:03 08.10.2025
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı
Yeni il gecəsi sərvət qazanacaqlar
15:01 08.10.2025
Yeni il gecəsi sərvət qazanacaqlar
Bakı-Qazax yolunda qəzada bir ailənin 4 üzvü xəsarət alıb
14:45 08.10.2025
Bakı-Qazax yolunda qəzada bir ailənin 4 üzvü xəsarət alıb
Çeferin: “Heç vaxt 12 klubun qatılacağı turnir təşkil etməyəcəyik”
14:28 08.10.2025
Çeferin: “Heç vaxt 12 klubun qatılacağı turnir təşkil etməyəcəyik”
Kiberpolisdən növbəti əməliyyat - daha bir neçə onlayn qumar şəbəkəsi ifşa olundu
14:04 08.10.2025
Kiberpolisdən növbəti əməliyyat - daha bir neçə onlayn qumar şəbəkəsi ifşa olundu
"Vəfa kimdir ki, ondan üzr istəyim?" - Afət Vəfanı məhkəməyə verir
13:58 08.10.2025
"Vəfa kimdir ki, ondan üzr istəyim?" - Afət Vəfanı məhkəməyə verir
“Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi əməkdaşlığın yeni növü deməkdir” - Deputat
13:51 08.10.2025
“Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi əməkdaşlığın yeni növü deməkdir” - Deputat
Hərbi qulluqçumuz vəfat etdi - SƏBƏB
13:46 08.10.2025
Hərbi qulluqçumuz vəfat etdi - SƏBƏB