Kiçik qızın Nihat Hatipoğluna verdiyi sual ürəkləri parçaladı – VİDEO

Kiçik qızın Nihat Hatipoğluna verdiyi sual ürəkləri parçaladı – VİDEO
DÜNYA
11:34 04.04.2023
709
Kiçik qızın Nihat Hatipoğluna verdiyi sual ürəkləri parçalayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Nihat Hatipoğlunun proqramında balaca qızcığaza mikrofon verilib və həmin vaxt emosional anlar yaşanıb.

Proqramda söz alan balaca qız Almina Nihat Hatipoğluna "Atam məni və anamı tərk etdi. Buna çox üzülürəm. İndi oruc tutur, orucu qəbul olarmı?" sualını verib. Qızın ağlaması və verdiyi sual qarşısında Hatipoğlu çətin anlar yaşayıb.

Qısa bir müddət ara verən və nə deyəcəyini bilməyən Hatipoğlu "Atanız böyük səhv edib" deyib.

Həmin görüntüləri təqdim edirik:

Ayşən