Kilian Mbappe İspaniya kubokunun finalında iştirak edə bilməyəcək

Kilian Mbappe İspaniya kubokunun finalında iştirak edə bilməyəcək
İDMAN
15:31 26.04.2025
732
"İspaniya"nın "Real" klubunun hücumçusu Kilian Mbappe bu gün "Barselona"ya qarşı keçiriləcək İspaniya kubokunun finalında iştirak edə bilməyəcək.

Fransalı futbolçu hələ də fiziki cəhətdən hazır olmadığı təsdiqlənib.

Fransa millisinin üzvü UEFA Çempionlar Liqasının 1/4 finalında "Arsenal"la cavab oyununda (1:2) topuğundan zədə alıb. O, İspaniya çempionatının XXXII turunda "Atletik" ilə matçdan (1:0) öncə komandanın məşqində iştirak etməyib.

Qeyd edək ki, "El-Klasiko" bu gün bakı vaxtı ilə 00:00-da Sevilyadakı Olimpiya stadionunda baş tutacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR