Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı

Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
İDMAN
23:29 25.05.2025
253
Madrid "Real”ının fransalı hücumçusu Kilian Mbappe Avropa çempionatlarının ən yaxşı bombardirinə təqdim olunan "Qızıl buts” mükafatının sahibi olub.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, Mbappe bu mükafata İspaniya La Liqasında vurduğu 31 qolla (62 xal) layiq görülüb.

Qeyd edək ki, "Qızıl buts” mükafatı UEFA-ya üzv olan ölkələrin milli çempionatlarında ən çox qol vuran futbolçuya təqdim olunur.
OXŞAR XƏBƏRLƏR