Kılıçdaroğlunu döydülər - FOTOLAR

Kılıçdaroğlunu döydülər -  FOTOLAR
DÜNYA
17:20 08.04.2014
1179
CHP liderini yumruqlayan şəxs “Alpərən Ocaqları”nın üzvü olduğunu bildirib
 Türkiyə Böyük Millət Məclisinin binasında CHP lideri Kamal Kılıçdaroğluna yumruq zərbələri endirən adamın şəxsiyyəti müəyyənləşdirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, müxalifət liderinə hücum edən şəxsin Ankarada yaşayan 1986-cı il təvəllüdlü ərzurumlu, əvvəllər silahlı hücum və narkotik cinayətləri ilə məhkum edilmiş Orxan Övən olduğu müəyyən edilib.
O. Övən polisə ilkin ifadəsində “Alpərən Ocaqları”nın üzvü olduğunu bildirib: “CHP qrup toplantısına gəldiyimi söyləyərək parlamentə daxil oldum. Mən alpərənəm. Kılıçdaroğlunu yumruqlamağı qərara aldım, o səbəblə gəldim. Onun girişini gözlədim və fürsət yaranan kimi yumruq vurdum”. (Qeyd edək ki, “Alpərən Ocaqları” mərhum Muhsin Yazıçıoğlunun yaratdığı millətçi-islamçı Böyük Birlik Partiyasına yaxın qurumdur.)
Hadisə zamanı K. Kılıçdaroğlu sol gözünün altından bir neçə yumruq zərbəsi alaraq yerə yıxılıb və onun pencəyi cırılıb. K. Kılıçdaroğlunun mühafizəçisi O. Övəni yaxalayıb və CHP üzvləri onu döyməyə başlayıblar. Bəzi CHP millət vəkilləri ağlayıb. Polis O. Övəni oradan uzaqlaşdıra bilib.
İnsidentə baxmayaraq, K. Kılıçdaroğlu CHP millət vəkili İhsan Özkesin pencəyini geyərək fraksiya toplantısına qatılıb və çıxış edib. O, hər kəsi sakitliyə çağırıb: “Demokratiya yolu əngəllərlə doludur. Hücumlar, təzyiqlər bizim qarşımızı kəsə bilməz. Bu, CHP liderinə edilən ilk hücum deyil. 
Rəhmətlik İsmət İnönüyə də daşlar atıldı, başı yarıldı. Biz kimisə önündə diz çökən, geri çəkilən deyilik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatdı - FOTO
18:21 12.07.2025
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatdı - FOTO
Goranboyda "Prius" aşdı
18:08 12.07.2025
Goranboyda "Prius" aşdı
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:52 12.07.2025
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO