“Kılıçdaroğlunun prezident seçilməsi Türkiyə üçün böyük fəlakət olar”- Fəzail Ağamalı

“Kılıçdaroğlunun prezident seçilməsi Türkiyə üçün böyük fəlakət olar”- Fəzail Ağamalı
DÜNYA
17:04 10.05.2023
612
Türkiyə prezidentliyinə namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədriKamal Kılıçdaroğlunun seçki öncəsi "Yeni İpək Yolu” adlı layihəsi ilə bağlı təqdim etdiyi xəritə böyük səs-küyə səbəb olub. Belə ki, Azərbaycan bu xəritədə qeyd edilməyib və "Türk Yolu” xəritəsindən çıxarılıb.

Bununla bağlı Milli Məclisin deputatı Fəzail Ağamalı AZXEBER.COM-a danışıb.

"Kılıçdaroğlunun bu açıqlaması ilə tanış olduqdan sonra onun Azərbaycana xoş olmayan münasibəti bütün çılpaqlığı ilə ortaya qoyuldu. Bütün dünya Şərqlə Qərbi, Avropa ilə Asiyanı birləşdirən "Bir kəmər, Bir yol” layihəsinin Zəngəzurdan keçərək, Türkiyə vasitəsi ilə Avropaya gedişinə yüksək dəyər verir. Çindən Avropa ölkələrinə qədər belə bir marşrutu yüksək qiymətləndirirlər. Böyük dəyər verdiyimiz Rəcəb Tayyib Ərdoğan da bu layihəni yüksək dəyərləndirərək, özünün müsbət fikrini hər zaman ifadə edib. Kılıçdaroğlu isə açıqlamasında "Yeni İpək Yolu”nun Türkiyə dövlətlərindən keçərək, İran vasitəsi ilə Avropaya çıxacağını deyib. Bu anormal və baş tutması mümkün olmayan açıqlamadır. Bu həm də Kılıçdaroğlunun Azərbaycana mənfi münasibətinin açıq ifadəsidir”.

Fəzail Ağamalının sözlərinə görə Azərbaycan xalqının, xüsusi olaraq Cənab Prezidentin Rəcəb Tayyib Ərdoğana sevgi və rəğbəti Kılıçdaroğlunda qısqanclıq yaradıb:

"Azərbaycandan yan keçərək, belə fikir səsləndirməsi ermənilərin maraqlarına xidmət etdiyini ortalığa qoyur. Çıxarılan nəticə bundan ibarətdir ki, o ermənilərin yanındadır. Belə bir insanın prezident seçilməsi Türkiyə üçün, region üçün böyük fəlakət olardı. Ancaq mən əminəm ki, Türkiyə xalqı müdrikliyini göstərəcək. Bu cür sərsəm fikirlərin müəllifi olan Kılıçdaroğlu qutuda qalacaq. Rəcəb Tayyib Ərdoğanın qələbəsindən sonra Cənab Prezidentin Paşinyanla bağlı populyar olan "Noldu, Paşinyan? Cəbrayıla yol çəkirdin” fikrini, "Noldu, Kılıçdaroğlu? Azərbaycandan yan keçən İrandan yeni yol çəkirdin” kimi deyəcəyik. Ona görə çəkə bilmədin ki, türk xalqı sənin üzərindən xətt çəkdi. Türk dünyasına xəyanət mahiyyəti daşıyan layihənin reallaşmasına imkan vermədi”.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər