AZXEBER.COM-un məlumatına görə, oktyabr ayında “Miss Bikini Universe 2015” beynəlxalq model müsabiqəsinin finalı keçiriləcək.Tədbir Çin Xalq Demokratik Respubliksının paytaxtı Pekin şəhərində baş tutacaq.“World Beauty Congress”in Qafqaz ölkələri üzrə koordinatoru, təşkilatçı Aqil Məmiyevin portalmıza verdiyi məlumata görə, model yarışa çox ciddi hazırlaşıb.“Təmsilçimiz Pərvin Həsənzadə ilə birlikdə yarış hazırlıqlarına başlamışıq. Fotosessiyalar, ölkəmizi tərənnüm edən video görüntülər hazırlayır və media nümayəndələri ilə müsahibələrə start veririk. Pərvinin üzərində tanınmış stilist Günel Ağacanova işləyir. Hazırlıqlar “Eurovision” müsabiqəsi formatında aparılır”.Pərvin Həsənzadə daha əvvəl “Miss Eurasia 2014”, “Miss Bikini MDB 2014”, “Miss Asia 2014” yarışlarının qalibi olub.








