Kim Çen yüksək vəzifəli şəxsləri işdən azad etdi - SƏBƏB

Kim Çen yüksək vəzifəli şəxsləri işdən azad etdi - SƏBƏB
DÜNYA
19:40 30.06.2021
1360
Şimali Koreya lideri Kim Çen İn bəzi yüksək rütbəli məmurları ölkədə yayılan COVID-19 epidemiyasını düzgün idarə etməmələri səbəbilə işdən azad edib.

AZXEBER.COM unikal.org-a istinadən bildirir ki, o, Kommunist Partiyası İdarə Heyətinin toplantısında bəzi məmurların xalqın təhlükəsizliyi üçün böyük narahatlığa səbəb olan ciddi səhvlərə yol verdiklərini bildirib.

Yüksək vəzifəli məmurların səriştəsizliyi və məsuliyyətsizliyinin vacib vəzifələrin yerinə yetirilməsini əngəlləyən mühüm amil olduğunu söyləyən Şimali Koreya lideri, işdən çıxarılan həmin şəxsləri passiv və eqoist adlandırıb.

İşdən çıxarılan yüksək vəzifəli şəxslərin adları və vəzifələri isə açıqlanmayıb.
OXŞAR XƏBƏRLƏR