"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 3-cü turunda "Arsenal"la görüşdən sonra maraqlı açıqlama verib
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis hər il Çempionlar Liqasında eyni komandaların qarşılaşmasından narahat olduğunu bildirib:
"Ümid edirəm ki, bu cür liqa bu il olmayacaq. Avropa Liqası müasir futbola Çempionlar Liqasından daha çox töhfələr verir. Mənim üçün ÇL həmişə eyni komandaların bir-birinə qarşı oynadığı və bunun heç vaxt yekunlaşmadığı bir Super Liqadır. Əlbəttə ki, bu, iqtisadi cəhətdən vacibdir. Amma biz bu sistemi niyə bu cür yaratmışıq ki? On il ancaq "Liverpul" - "Real" oyununu kim izləmək istəyər?"
Bununla belə çalışdırıcı futbolda yaradılan imkanlardan da danışıb: "FIFA və UEFA turnirlərdə daha çox iştirakçının olmasına çalışırlar. Görünür ki, onlar bir günü belə futbolsuz saxlamaqdan qorxurlar. Nəhayət, tamaşaçı da bir gün deyəcək ki, "mən bu və ya bu kimi oyunları izləmək istəmirəm".
Qeyd edək ki, "Liverpul" son Çempionlar Liqası və UEFA Super Kubokunun qalibidir.