Kim səs vermirsə sekslə məşğul ola bilməz - QƏRAR

MARAQLI
01:20 21.06.2012
4740

Meksikada siyasi cəhətdən passiv olan vətəndaşları seks qadağası ilə qorxudublar.

Meksikada hakimiyyətdə olan partiyadan prezidentliyə namizəd olan Xosefina Vaskes Mota vətəndaşları seçkilərdə fəal olmağa çağırıb. O, qadın seçicilərə müraciət edərək bildirib ki, seçkilər günü (1 iyul) ərləri tənbəllik edib seçki məntəqələrinə getməsə, onlarla seks məşğul olmaqdan bir müddətlik imtina etsinlər.

Vaskes Mota bəyan edib ki, seçkilər günü vaxtını divanda və yaxud barda oturmaqla keçirən kişilər ən azı 1 ay seks barədə düşünməməlidirlər.

Sosial sorğular göstərir ki, hal-hazırda iqtidarda olan partiyanın namizədi müxalifət partiyasının namizədi Enrike Pen Nyetodan ciddi şəkildə geri qalır. Vaskes Motanın tərəfdarları hesab edir ki, yalnız seçkilərdə fəal iştirak olarsa, Mota qələbəyə ümid edə bilər.

Onun qadınlara bu müraciətinin reytinqlərə necə təsir etdiyi hələ ki məlum deyil. Meksikada səsvermə 1 iyulda baş tutacaq.

ann.az

OXŞAR XƏBƏRLƏR