Kimdir Azərbaycan gəncliyi?! – Köşə

Kimdir Azərbaycan gəncliyi?! – Köşə
KÖŞƏ
13:44 19.01.2013
2012

Siyasi fəaliyyət adı altında milli maraqlarını özünün şəxsi və firqə ehtiyaclarına qurban verənlər, “mən Azərbaycan gənciyəm” demək haqqına sahib deyillər.

Gənclik bütün cəmiyyətlərdə uğur və dinamizm rəmzi, intellekt və mübarizə simvoludur.Son illər dünyada cərəyan edən olaylar və onların ortaya çıxardığı məntiqi nəticələrin fonunda gəncliyin bütün proseslərin avanqardı və lokomotivi rolunda çıxış etməsi haqqında qənaətlər daha da möhkəmlənir.Azərbaycan cəmiyyətində də ən çox müzakirə və spekulyasiya olunan mövzular sırasında gənclik və onunla bağlı bir sıra mühüm məqamlar ilk pillələrdə gəlir. Həqiqətən də, kimdir Azərbaycan gəncliyi? Bu gənclik adından çıxış etməyə kimin daha çox haqqı var?Əslində kənardan, bəlkə də, çox mürəkkəb görünən bu suallara ölkəmizin gənclər sektorunda cərəyan edən son proseslərin gedişinə diqqət etməklə çox asan cavab tapmaq olar. Reallıq budur ki, Azərbaycanın gənclər sektoru ali məqsədi dövlətinə və millətinə faydalı olmaq olan böyük bir gənclər ordusu ilə mütləq əksəriyyəti çayxanalardan, pivə barlarından siyasətə “transfer olunan” kiçik gənclər qrupları arasında bölünüb.Birincilər həmişəki qaydada bütün səylərini dövlət adına faydalı vətəndaş kimi yetişməyə, ölkənin sürətli inkişaf prosesinə töhfə verməyə yönəldənlər, ikincilər isə əksinə, gözləri qaradan başqa rəng görməyən, hakimiyyətə müxalifətçiliklə dövlətə müxalifətçiliyi səhv salıb qarşılarına çıxan hər kəsi və hər şeyi tənqid etməyi özlərinə həyat tərzi seçənlərdir.Və nə yazıq ki, Azərbaycan gəncliyi adından çıxış etməyə, müxtəlif düşüncələrdə bulunmağa iddia edənlər də elə məhz radikal siyasi ünsürlərin aləti olmaqdan başqa heç nəyə yaramayan bu gənclər qruplarıdır.Ancaq fikirləri, düşüncə tərzləri və hadisələrə yanaşmaları qoca qarıların təndir başında etdiyi dedi-qodu janrından uzağa getməyən bu adamlar, Azərbaycan gəncliyinin tarixin bütün mərhələlərində dövlətçiliyin və ona sahib çıxanların yanında olduğu faktını unudurlar…Unudurlar ki,Siyasi fəaliyyət, demokratiya adı altında milli maraqlarını özünün şəxsi və firqə ehtiyaclarına qurban verənlər, bütün uğur və problemlərinin ünvanı kimi xarici qüvvələri görənlər;Qarşılaşdıqları ən xırda məqamdan belə ölkəsinin beynəlxalq imicinə zərbə vurmaq üçün vasitə kimi faydalananlar;Sərbəstlik, müstəqil həyat tərzi pərdəsinə bürünərək əxlaqsızlığın təbliği ilə məşğul olub, öz havadarlarının belə qibtəylə yanaşdığı ailə institutunun sıradan çıxarılmasına çalışanlar;Axşamlar bahalı pivə barlarında keflənib, sonra da evə gəlib Facebook-da kasıbçılıqdan status yazanlar;Oxuduğu hansısa ali məktəbi özünə qalxan edib, həbsə girməyi belə vətəninə xidmət etməkdən üstün tutanlar “mən Azərbaycan gənciyəm” demək haqqına, bu ölkənin gəncliyi adından çıxış etmək hüququna sahib deyillər.Azərbaycan gəncliyi adından danışmaq, ortaya mövqe və iddia qoymaq haqqıTarixin ən həlledici mərhələlərində dövlətinin, millətinin yanında olub, ölkəsinin müstəqil və suveren fəaliyyətinə dəstək nümayiş etdirənlərdə;Qarşılaşdığı istənilən məsələnin həllini yalnız və yalnız öz ölkəsində axtarıb onun çözülməsi prosesində birbaşa iştirak edənlərdə;Dünyanın ən nüfuzlu universitetlərində təhsil alıb peşəkar kadr kimi yetişməklə yanaşı, ölkəsinin və millətinin təbliği ilə məşğul olanlarda;Qloballaşan dünyaya sürətlə inteqrasiya etməklə yanaşı, özünün tarixin süzgəcindən keçən dəyər və əxlaq normalarına sadiqlik nümayiş etdirənlərdə.Bu şərəfli statusu daşımaq haqqını onlar özləri qazanıblar və Azərbaycan gəncliyi dedikdə də məhz onlar yada düşür, ehtiramla xatırlanır!Fərid Şahbazlı,“İslahatçı Gənclər” İctimai Birliyinin sədrimənbə: Gün.Az

OXŞAR XƏBƏRLƏR