Britaniyadakı "Big Brother" teleşousunun sabiq qalibiCosi Qibsonbir ara xeyli kökəlmişdi. Lakin dünən o, İTV telekanalındakı "Let's Do Lunch With Gino And Mel" proqramında görünəndə tamaşaçılar heyrətə düşüblər. 25 yaşlı Cosi zeyli arıqlamışdı.O, proqramın aparıcıları Cino və Melin suallarını cavablayarkən bildirib ki, izafi çəkidən qurtulmaq üçün çoxlu məşq edib, ciddi pəhriz saxlayıb."Təqribən 35 kiloqram arıqlamışam. Spirtli içkilər, nizamsız həyatdan əl çəkdim və sağlam həyata başladım. Hər şey insanın özündən asılıdır. İstək və qətiyyət varsa, uğur əldə etmək çətin deyil", - Cosi deyib.