Kimlər amnistiya ediləcək? - Deputat açıqladı

Kimlər amnistiya ediləcək? - Deputat açıqladı
SİYASƏT
16:22 19.12.2025
523
Xəbər verdiyimiz kimi, Milli Məclisdə "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” parlamentin qərar layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qərar layihəsi bir oxunuşda qəbul edilib.

Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında deyib ki, bu, ən böyük amnistiya aktıdır:

"Tariximizdə bu, ən böyük amnistiya aktıdır. 20 min nəfərə şamil olunacaq. Onlardan təxminən 5 min nəfər azadlıqdan məhrumetmə cəzasından azad ediləcək. Əsas prioritet Qarabağ müharibəsində iştirak etmiş şəxslərə verilir”.

Parlamentari vurğulayıb ki, amnistiya Prezidentin hümanist addımlarının davamıdır:

"Bu mövzu ətrafında kifayət qədər müzakirələr aparılacaq və bütün insanlar bunu müsbət qarşılayacaq. Prezident İlham Əliyevin humanist addımlarının davamı olaraq, indiyə qədər 71-dən artıq əfv sərəncamı verilib. İndi isə 13-cü amnistiya qərarı qəbul olunub. Amnistiya aktı insanlara yeni şans verir və onları daha məsuliyyətli olmağa çağırır. Konstitusiya ilinə həsr olunması isə Prezidentin bu mövzuya verdiyi böyük əhəmiyyətin göstəricisidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR