"Brand Of Azerbaijan Awards" "Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyasiyası”-nın təşkilatçılığı ilə təsis olunub.
AZXEBER.COM xəbər verir ki, təşkilat komitəsində müxtəlif sahələrdə fəaliyyət göstərən qrumların da oldiğu bildirilir. Belə ki, təşkilat komitəsində "Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyasiyası” , "Show Magazine” Jurnalı, "Turizm Xebərləri” Qəzeti, "Tonika Group” "Show Production” və s. təmsil olunur. Təşkilat komitəsindən verilən məlumata görə Mükafatın təsis olunmasında məqsəd hər il öz fəaliyyət sahəsində fərqlənən Siyasətçiləri, Millət Vəkillərini, İcra Hakimiyyətlərini, Nazirlikləri və digər Dövlət Qrumlarını, KİV nümayəndələrini, Holdinq və Şirkətləri, İş Adamlarını, Təhsil və Səhiyyə ocaqlarını, Mədəniyyət və incəsənət nümayəndələrini və s. sorğu və monitorinqlər nəticəsində müəyyən etmək və onları ictimaiyyətə tanıtdırmaqla fəaliyyətlərini qiymətləndirməkdir. Eyni zamanda, onlara "Brand Of Azerbaijan Awards" Mükafatını təqdim etməklə gələcəkdə bu istiqamətdə əməli fəaliyyətlərini daha da stimullaşdırmaq və onların hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasını vurğulamaqdır.
Qeyd edək Mükafatlandırma tədbiri bu ilin may ayında Respublika günü ərəfəsində təşkil olunacaq. Mükafatlar sorğulara əsasən təqdim olunacaq, sorğularda iştirak etmək üçün isə təşkilat komitəsinin sosial şəbəkələrdəki səhifələrinə qoşulularaq ( @brandofazerbaijanawards ) rəy bildirməklə iştirak etmək olar!
Qeyd edək ki, tədbirin informasiya dəstəkçiləri Azxeber.com , Big.az, Azmedia.az, Yenigundem.az saytlatıdır.