Məktəbəqədər təhsil müəssisələrində çalışanların 30 faizinin təhsili, diplomu yoxdur.
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə bildirib.
O bildirib ki, tərbiyəçilərin sertifikasiyadan keçirilməsi yalnız təhsilli şəxslərin bu cür müəssisələrdə çalışmasına imkan verəcək. Bununla yanaşı uşaq bağçalarınin ərzaqla təminatı məsələlərinə nəzarət gücləndirilib.
Eşqi Bağırov Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə direktorun müəllimi döyməsinə dair yayılan iddialara da münasibət bildirib. Bildirib ki, məsələ ilə bağlı Regional Təhsil İdarəsi tərəfindən komissiya yaradılıb.
Məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır.
Daha ətraflı videomaterialı təqdim edirik:










































