Kinematoqrafçılar İttifaqında yoxlama ilə bağlı rəsmi - AÇIQLAMA

Kinematoqrafçılar İttifaqında yoxlama ilə bağlı rəsmi - AÇIQLAMA
Bütün Xəbərlər
15:30 22.01.2013
1003

Vergilər nazirinin birinci müavini: “Qanun pozuntuları Rüstəm İbrahimbəyovun siyasi fəaliyyətindən əvvəl müəyyən edilib” “Azərbaycan Kinematoqrafçılar İttifaqında vergidən yayınma ilə əlaqədar cinayət işinin açılmasında hər hansı qərəz yoxdur. Bu, sırf vergidən yayınma faktı ilə bağlıdır”.

AZXEBER.COM-un məlumatına görə, bunu jurnalistlərə vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib. Onun sözlərinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqda baş verən vergidən yayınma faktları növbəti yoxlama nəticəsində aşkarlanıb və bu qanun pozuntuları qurumun sədri Rüstəm İbrahimbəyovun siyasi fəaliyyətindən əvvəl müəyyən edilib. Nazir müavini əlavə edib ki, bu, yoxlama növbədənkənar olmayıb: “Belə ki, Kinematoqrafçılar İttifaqına 15 gün əvvəl yoxlamanın keçirilməsi ilə bağlı xəbərdarlıq edilib və bu, növbəti yoxlama olub”.

OXŞAR XƏBƏRLƏR