"King Azərbaycan"ın açılışı olacaq - "Baku Mall"da

İQTİSADİYYAT
15:02 31.03.2016
3067
2 aprel tarixində Baku Mall Ticarət Mərkəzində "King Azərbaycan" mağazasının açılışı olacaq. Şirkətdən AZXEBER.COM-a verilən məlumata görə, açılış günündə müştəriləri sürprizlər gözləyir: "İndi sizə daha yaxın olacağıq ! Yeni mağazamızı Baku Mall Ticarət Mərkəzinin birinci mərtəbəsində sizlərin xidmətinə veririk və açılışa hər birinizi dəvət edirik. Açılış günündə sizlər üçün əyləncəli bir proqram hazırlamışıq. Hədiyyələri, bol lotoreya oyunu, müxtəlif hədiyyəli endirim kampaniyaları və maraqlı əyləncələri ilə sizi məmnun edəcəyik. Mağazamızın açılışı günü keçiriləcək bol uduşlu lotoreya oyununda iştirak edib,keyfiyyətli və 4 il zəmanətli hədiyyələr qazanmaq istəyirsinizsə King Azerbaycan"ın "facebook"dakı səhifəsinin mesaj qutusuna (inbox) Adınız,Soyadınız və Əlaqə telefonunuzu yazın və şəxsi qeydiyyat kodunuzu əldə edin. Lotoreya oyunumuzda iştirak üçün qeydiyyat kodu vacibdir. Bizim bu xoş günümüzdə sizi də mağazamızda görmək bizi çox sevindirəcək!"

OXŞAR XƏBƏRLƏR