"Kinostudiyanı dirçəldəcək birinə ehtiyac var"

"Kinostudiyanı dirçəldəcək birinə ehtiyac var"
MƏDƏNİYYƏT
18:58 22.04.2026
307
"Kameralar kinostuduyanın, kinomuzun bugünkü halını göstərməsə yaxşıdır".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist gülzar Qurbanova sosial şəbəkədə yazıb. A
 
aktrisa mərhum Xalq artisti Rasim Balayevlə vida mərasiminin Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında keçirilməsi ilə bağlı şərhlərə münasibət bildirərkən bunları əlavə edib:

"Əslində biz sənətkarları yox, əvvəlcə onların evini, kinostudiyanı itirdik. İndi isə onu yenidən ayağa qaldıracaq, dirçəldəcək birinə ehtiyac var. Umid edək ki, bir gün kinostidiya təmir olunacaq, kinolar çəkiləcək, o pavilyonlarda yenə işıqlar yanacaq, kameralar qurulacaq və Azərbaycan kinosu öz evinə qayıdacaq".
OXŞAR XƏBƏRLƏR