Prezident Qazaxıstanın Xalq yazıçısını təbrik etdi

Prezident Qazaxıstanın Xalq yazıçısını təbrik etdi
MƏDƏNİYYƏT
17:56 15.05.2026
741
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenovu təbrik edib. 

AZXEBER.COM xəbər verir ki, Prezident Xalq yazıçısına 90 illik yubileyi münasibetilə təbrik məktubu ünvanlayıb.

"Hörmətli Oljas Süleymenov!

Sizi müasir ədəbi fikrin görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayıram.

Böyük şair, publisist, ədəbiyyatşünas və tədqiqatçı olaraq Siz türk dünyasının fitri bədii istedada malik qüdrətli simalarındansınız. Yüksək vətəndaşlıq amalı özünün ənənələrə bağlılığı və dərin koloriti ilə seçilən yaradıcılığınızı geniş oxucu auditoriyasına daim sevdirmişdir. Planetar düşüncənin məhz milli dəyərlər əsasında formalaşdığına inanaraq meydana gətirdiyiniz hər yeni əsər mədəniyyət hadisəsinə çevrilmişdir. Parlaq ədəbi şəxsiyyət kimi zəngin ömür yolunuz vətənə və xalqa təmənnasız xidmətin nümunəsidir.

Ötən əsrin 80-ci illərindən etibarən ictimai-siyasi həyat meydanındakı coşqun fəaliyyətinizi həmişə məmnunluqla xatırlayırıq. Azərbaycanın haqq işini hər addımda ürəkdən dəstəkləməyiniz və Qələbəmizi bütün türk dünyasının tarixi nailiyyəti hesab etməyiniz bizə mənəvi güc verir.

Türk xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və qarşılıqlı humanitar əlaqələrin genişləndirilməsinə töhfələriniz danılmazdır. Ölkəmizə münasibətiniz bizim üçün dostluq və qardaşlığın həqiqi meyarıdır.

Əminəm ki, yaratdığınız irs gələcək nəsillərin ortaq keçmişimizə və mədəni- mənəvi sərvətlərimizə ehtiram ruhunda tərbiyəsi baxımından bundan sonra da xüsusi əhəmiyyət kəsb edəcəkdir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
17:43 29.10.2026
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
17:38 29.10.2026
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
17:34 29.10.2026
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
17:29 29.10.2026
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
17:19 29.10.2026
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
Bakıda idmançı məşq zamanı öldü
17:17 29.10.2026
Bakıda idmançı məşq zamanı öldü
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
17:17 29.10.2026
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
Ceyranbatanda 10 şagird zəhərləndi
16:54 29.10.2026
Ceyranbatanda 10 şagird zəhərləndi
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
16:40 29.10.2026
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
16:22 29.10.2026
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
16:16 29.10.2026
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
16:08 29.10.2026
Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
Əli Əsədov Gürcüstanda səfərdədir
16:01 29.10.2026
Əli Əsədov Gürcüstanda səfərdədir
“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”
15:43 29.10.2026
“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”
Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA
15:35 29.10.2026
Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA
Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR
15:32 29.10.2026
Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR