Kiprin yunan və türk icmaları danışıqlar aparacaqlar

SİYASƏT
13:04 22.11.2013
990

Kiprin yunan və türk icmasının liderləri Kipr münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin bərpasına mane olan fikir ayrılıqlarını aradan qaldırmaq məqsədi ilə noyabrın 25-də bir araya gələcəklər.

AZXEBER.COM İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi nümayəndəsi Xristos Stilianidisin bəyanatında bildirilir.BMT-nin bufer zonasında keçiriləcək görüşün təşəbbüsçüsü yunan Kipri icmasının lideri, Kipr Respublikasının prezidenti Nikos Anastasiadisdir.

OXŞAR XƏBƏRLƏR