Rusiya atəşkəsə razı olmalı və döyüşlərə son qoymalıdır.
Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer məsələ ilə bağlı bəyanatında bildirib.
"Ciddədə ABŞ-Ukrayna arasında əldə edilən razılaşmanı səmimiyyətlə alqışlayıram. Həm ABŞ, həm də Ukrayna nümayəndə heyətlərinin dediyi kimi, top indi Rusiya meydançasındadır”, - deyə Starmer qeyd edib.
O həmçinin vurğulayıb ki, növbəti addımları müzakirə etmək üçün martın 15-i liderləri toplayacaq.