Kirayə mənzil axtaranların nəzərinə

Kirayə mənzil axtaranların nəzərinə
SOSİAL
20:11 18.07.2026
1138
Son illərdə kirayə mənzil bazarında müşahidə olunan qiymət artımı həm kirayəçilərin, həm də ev sahiblərinin diqqət mərkəzindədir. Qiymətlərdə mövsümdən asılı olaraq müəyyən dəyişiklik olsa də, ciddi ucuzlaşma müşahidə olunmur.

Bəs kirayə bazarında bahalaşma nə vaxta qədər davam edə bilər və mənzil kirayələmək üçün ən sərfəli dövr hansı zamandır?

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hazırda kirayə bazarında qiymətlərin nisbətən aşağı olduğu dövr yaşanır:

"Təxminən iyunun 15-dən iyulun sonunadək qismən ucuz dövrdür. Bu, tələbələrin böyük şəhərlərdən, xüsusilə Bakı, Sumqayıt və Gəncədən doğma rayonlarına qayıtması ilə əlaqədardır. Nəticədə kirayə mənzillər boşalır, bazarda təklif artır. Təklifin çox olduğu ərazilərdə qiymətlər də müəyyən qədər stabilləşir. Lakin avqustun ikinci yarısından başlayaraq oktyabr ayınadək bazarda vəziyyət dəyişir. Bu dövrdə həm uyğun mənzil tapmaq çətinləşir, həm də kirayə qiymətləri xeyli yüksəlir. Buna görə də hazırkı dövr kirayə mənzil axtarmaq üçün ən optimal vaxt hesab olunur”.

Ekspert deyib ki, bağ evləri bazarında isə vəziyyət əksinədir:

"İyunun 15-dən avqustun 15-dək olan müddət bu seqment üçün ən bahalı dövr sayılır. Qiymətlər tələbata və yerləşdiyi əraziyə görə dəyişir”.

Elnur Azadovun fikrincə, Bakıda ən ucuz kirayə mənzillər əsasən Abşeron rayonu, Qobu və şəhərin kənarında yerləşən qəsəbələrdə olur:
 
"Bu ərazilərdə birotaqlı mənzillərin aylıq kirayəsi orta hesabla 200 manatdan, ikiotaqlı mənzillər təxminən bu səviyyədən, üç və dördotaqlı mənzillər isə 300 manatdan başlayır. Şəhər mərkəzinə yaxınlaşdıqca qiymətlər artır.
Hazırda ən yüksək kirayə qiymətləri "Sea Breeze", Ağ Şəhər və paytaxtın mərkəzi hissəsində müşahidə olunur. "Sea Breeze"də bir mənzilin aylıq kirayəsi təxminən 1000 dollardan başlayır. Ağ Şəhərdə və şəhərin mərkəzində isə bir mənzilin aylıq kirayə haqqı 700 manatdan başlayır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
18:51 27.10.2026
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
18:34 27.10.2026
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
18:23 27.10.2026
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
18:23 27.10.2026
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika