Kirayəçidən dəhşətli əməl: Ev sahibini silahla öldürərək...

Kirayəçidən dəhşətli əməl: Ev sahibini silahla öldürərək...
DÜNYA
13:24 08.09.2022
550
Kirayəçi ev sahibini öldürüb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Batman şəhərində iş adamı Suat Özperk kirayəçisi tərəfindən silahla öldürülüb.

Suat Özperk ilə kirayəçi olduğu öyrənilən Veysi R arasında mübahisə yaşanıb.

Mübahisə böyüyərkən Veysi R tapançadan Suat Özperkə atəş açıb. Vəziyyət barədə məlumat alan polis və 112 Təcili Tibbi Yardım briqadaları hadisə yerinə göndərilib. Özperkin həyatını itirdiyi müəyyən edilib.

Veysi R polis qrupları tərəfindən nəzarətə alınıb.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR