Kirayəçilərin gizli qazanc oyunu ifşa oldu - AÇIQLAMA

Kirayəçilərin gizli qazanc oyunu ifşa oldu - AÇIQLAMA
SOSİAL
23:45 22.05.2026
693
Kirayə bazarında rast gəlinən hallardan biri də kirayənişinlərin mənzili ev sahibinin razılığı olmadan gündəlik və ya daha qısa müddətli kirayəyə verməsidir. Bəzi hallarda bu prosesdən ev sahibi xəbərsiz olur və mənzil faktiki olaraq qeyri-rəsmi qazanc mənbəyinə çevrilir. Bu isə həm mülki münasibətlərdə pozuntu yaradır, həm də hüquqi məsuliyyət məsələsini gündəmə gətirir. Belə vəziyyətlərdə əsas sual ondan ibarətdir ki, yaranan hüquqi və mümkün cinayət məsuliyyəti hansı tərəfin üzərinə düşür və qanun bu halları necə tənzimləyir.

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Müşviq Abbasov Demokrat.az-a bildirib ki, burada məsuliyyət əsasən kirayəçinin üzərinə düşür, ev sahibinin isə bu prosesdə hər hansı bir hüquqi və ya maddi məsuliyyəti olmur:

"Ümumiyyətlə, ev sahibinin xəbəri və razılığı olmadan kirayəçi mənzili götürüb onu daha yüksək qiymətə, xüsusilə də gündəlik kirayə formatında üçüncü şəxslərə təqdim edirsə, bu hal müqavilə şərtlərinin pozulması kimi qiymətləndirilir və yaranan mülki hüquqi nəticələr birbaşa kirayəçinin üzərinə yönəlir.

Belə bir vəziyyətdə, ümumilikdə, cinayət məsuliyyəti yaranmır, çünki bu, əsasən mülki-hüquqi münasibətlərin pozulması hesab olunur. Lakin nəzərə almaq lazımdır ki, həmin mənzildə hər hansı cinayət əməli törədilərsə, o halda cinayət törətmiş şəxs ümumi qaydalar əsasında məsuliyyətə cəlb edilir və bu, artıq kirayə münasibətindən asılı olmayaraq hüquq-mühafizə orqanları tərəfindən qiymətləndirilir”, – deyə o qeyd edib.

Yəni ev sahibi bilmədən onun evini başqasına kirayə verən şəxs qanunu pozur və evdə nəsə baş versə, mülk sahibi yox, həmin kirayəçi və hadisəni törədən şəxs məsuliyyət daşıyır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı