Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

MAQAZİN
15:13 13.02.2025
151
Vergi orqanları növbəti dəfə Filip Kirkorovu nəzarətə götürüb.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Federal Vergi Xidmətinə 8 milyon rubl (bəzi mənbələrə görə - 12 milyon rubl) məbləğində şəxsi borcunun ödənilməsinə baxmayaraq, Pop Kralının şirkətlərinin vergi borcu olduğu üzə çıxıb.

Hüquqi şəxslərin dövlət reyestrində onun əsas şirkəti olan "Philipp Kirkorov Production"ın etibarsız ünvan göstərdiyi barədə məlumat yayılıb.

Səhv məlumat təqdim etdiyinə görə, Kirkorovun şirkəti cərimə və diskvalifikasiya ilə üzləşib.

Son məlumatlara görə, şirkətin 2023-cü il üçün gəliri 195 milyon rubl olub.

Aysel

OXŞAR XƏBƏRLƏR