Kirvənin qızı ilə evlənmək olmaz?

MARAQLI
00:58 19.05.2013
3050

Ümumiyyətlə, İslamda kirvə anlayışı yoxdur. Bildiyimizə görə, kirvə – oğlan uşağının sünnət mərasimi zamanı uşağı tutan və sünnət olunmasına kömək edən adam deməkdir

Kirvə yad adam da ola bilər, qohum da. Azərbaycanın bəzi bölgələrində oğlanın dayısı kirvəlik edir. AZXEBER.COM-un İslam.az-a istinadən bildirir ki, insana məhrəm olan şəxslərin kimliyi Allahın müqəddəs kitabı olan Qurani-kərimdə və Peyğəmbərin mübarək sünnəsində öz əksini tapıb. Bunların arasında kirvə və onun qohumları ilə bağlı heç nə deyilmir. Amma xalq arasında belə bir ənənə formalaşıb ki, oğlan öz kirvəsinin qızı ilə evlənə bilməz. Bu cür fikirlərin dinimizlə heç bir əlaqəsi yoxdur. Bir şəxsin bir oğlan uşağına kirvəlik etməsi onların və qohumlarının arasında məhrəmlik yaranmasına səbəb olmaz.

OXŞAR XƏBƏRLƏR