"Russia Today” media qrupunun baş direktoru Dmitri Kiselev Bakıda həbs edilmiş "Sputnik Azərbaycan” əməkdaşlarını azad etməyə və Moskva ilə Bakını münasibətlərin bərpası istiqamətində addım atmağa çağırıb.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Kiselev açıqlamasında "Sputnik” jurnalistərinin həbsindən danışıb;
"Bu gün Rusiya vətəndaşları olan həmkarlarımız İqor Kartavıx və Yevgeni Belousovun Azərbaycanda dəmir barmaqlıqlar arxasında saxlanmasından düz bir ay keçir.
Bir daha vurğulamaq istərdim ki, bütün Agentliyin, o cümlədən Sputnik bölməmizin redaksiya siyasəti həmişə mövcud olduğumuz ölkələrlə dostluq və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinə yönəlib.
İndi, görünür, biz sakit şəkildə İqor Kartavıx və Yevgeni Belousovu həbsdən azad edə və bununla da ölkələrimiz arasında münasibətlərin bərpası istiqamətində nəzərəçarpacaq addım ata bilərik. Mən də razıyam ki, hər iki tərəfdən bu bərpaya doğru hərəkət lazımdır”.
Xatırladaq ki, "Sputnik”in əməkdaşları Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar dörd ay müddətinə həbs olunublar.
Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.