Çində qəribə hadisə baş verib.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, ər arvadını otellərin birində atası ilə birlikdə görüşərkən yaxalayıb. Belə ki, 57 yaşlı Van Pay bilmədən 28 yaşlı gəlini Lili ilə sevgi macarası yaşayıb. O, Liliya ilə internet vasitəsilə tanış olub. Maraqlı cəhətlərdən biri də, Liliyanın da, Panın da sosial şəbəkədə öz adları ilə deyil, saxta profil ilə qeydiyyatdan keçmələri olub. Ona görə də, onlar bir-birilərini tanıya bilməyiblər. Onlar ilk əvvəllər sosial şəbəkəsində dost olublar. Lakin sonradan söhbətləri tutduqları üçün münasibətləri daha da dərinləşdirmək istəyiblər. İlk əvvəllər onlar internet vasitəsilə intim söhbətlər edib. Daha sonra görüşmək qərarına gəliblər. Arvadından şübhələnən ər, onu izləməyə balayıb. Bir gün arvadının evdən çıxaraq otelə getdiyii görüb. Kişi Liliyanı izləyib. Arvadını və atasını oteldə birlikdə yaxalayan ər gördüklərinə inanmayıb. “Biz oteldə görüşəndə, bilmirəm hansımız daha çox pərt olduq. Liliya ilə üz-üzə gəldikdə, arxada oğlumu gördüm. Liliya onu görən kimi, kolidorda ona tərəf qaçdı. Oğlum əvvəlcə Liliyanı döydfü. Onun bir neçə dişini sındırdı. Daha sonra mənə hücüm çəkdi”, - deyə Van Pay bildirib. Arvadını döyəndən sonra atasına hücum çəkən oğul onu xəstəxanalıq edib. Van Pay kəllə-beyin travması alaraq xəstəxanaya, aldadılan ər isə polisə aparılıb. Onu 5 gün həbs ediblər.