Kişi Bakıya qonaq gəldiyi evi soydu

Kişi Bakıya qonaq gəldiyi evi soydu
SOSİAL
14:56 11.07.2019
4646
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Hacıyev ötən il noyabrın 27-də evindən 3100 manat pulunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və pulun həmin gün onun evində qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib.

29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini M.Əliquzuyev saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR