Kişi məktəblilərə motorlu mişarla hücum edib, yaralananlar var

Kişi məktəblilərə motorlu mişarla hücum edib, yaralananlar var
DÜNYA
02:16 01.11.2026
179
Hindistanın Andxra-Pradeş ştatında bir kişi məktəbin sinif otağına daxil olaraq 2 şagirdi motorlu mişarla yaralayıb.

AZXEBER.COM "The Indian Express" nəşrinə istinadən xəbər verir ki, hadisə Anantapur dairəsindəki məktəbdə baş verib.

Yaralılardan birinin 15 yaşı var. Qız boyun və qarın nahiyəsindən dərin yaralar alıb, onun sağ əli demək olar ki, kəsilib. İkinci şagird isə hücum edənin qarşısını almağa çalışarkən xəsarət alıb.

Şübhəli şəxs saxlanılıb. Polisin məlumatına görə, o, yaralılardan birinin qohumudur. Məktəbdəki təmir işləri zamanı işçilər onu fəhlə hesab edərək içəri buraxıblar. Hücumun səbəbi araşdırılır.
OXŞAR XƏBƏRLƏR