Cinsini dəyişən müğənninin ilk gördüyü iş Allahdan bağışlanmasını diləmək olubƏməliyyatla cinsini dəyişən tanınmış türkiyəli sənətçi Bülənt
Ərsoyun maraqlı fotoları yayılıb. ANS PRESS-in verdiyi məlumata görə, Ərsoy qadınlığa doğru ilk addımını atdığı Londonda əməliyyatdan sonra dua edib, Allahdan bağışlanmasını arzulayıb.
Sənətçi 14 aprel 1981-ci ildə cinsiyyət dəyişmə əməliyyatı olub.Bülənt Ərsoy əməliyyat olunana kimi ad günlərini qeyd etməyib. Əməliyyatdan sonra Türkiyəyə qayıdanda isə ilk dəfə doğum günün qeyd edib. Ərsoy 9 iyun 1981-ci ildə 29-cu ad günündə kiçik bir bayram şənliyi keçirib. O bu mərasimə "Bu, mənim 1-ci ad günümdür" deyə başlayıb.





