“Kişi sambalını qorumalıdır” - Faiq Ağayev

“Kişi sambalını qorumalıdır” - Faiq Ağayev
MAQAZİN
19:56 12.05.2025
351
Xalq artisti Faiq Ağayev efir məkanımızdakə bəzi halları tənqid edib. 

AZXEBER.COM OLAY-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Künc-bucaq” layihəsində danışıb.
 
Ağayev deyib ki, televiziyada "ləçər kişi” obrazı yaradırlar:

"Televiziyada "ləçər kişi” obrazı yaranıb. Çıxırlar efirə ağzıyamaq, çirkin, çamurlu danışırlar. Bizim belə bir ifadəmiz var, deyirlər, arvad kimi özünü aparmaq. İndiki dövrdə bu normal söz deyil. Biz arvada layiq görmədiyimiz hərəkətləri şəxsiyyət vəsiqəsində "kişi” yazılan insanların simasında görürük. Kişi sambalını qorumalıdır. Gəlib həyasız kimi davranmamalı, qışqırmamalıdır. Onlar cəmiyyətin bir hissələridir. Kaş ki, olmayaydılar. "Kişi” sözü insanın mərdliyini, etibarlılığını nəzərdə tutur. Hətta xanımlar var ki, onlar üçün deyirik kişi kimi adamdır. Bu, cinsiyyətə aid olan konkret ifadə deyil. Xasiyyətə verilən qiymətdir. Şəxsiyyət vəsiqəsinə görə, kişi olanlar bacarmır, amma qadınlar kişilərdən artığını edir”.
OXŞAR XƏBƏRLƏR