Kişi özünü 14-cü mərtəbədən atdı

Kişi özünü 14-cü mərtəbədən atdı
SOSİAL
10:11 02.06.2021
439
Abşeronda intihar hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində yerləşən hündürmərtəbəli binaların birində qeydə alınıb.

Hələlik şəxsiyyəti bilinməyən, təxminən 45-50 yaşlı kişi özünü binanın 14-cü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün morqa təhvil verilib. İntiharın səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR