Kişi özünü ağacdan asaraq öldürdü

SOSİAL
10:26 23.03.2016
2157
Ağdamda intihar faktı qeydə alınıb.
Hadisə rayonun Soltanbut meşəsi adlanan ərazidə baş verib. Rayonun Şıxlar kəndindən məcburi köçkün, 1959-cu il təvəllüdlü Salahov Hüseyn Salah oğlu həyətindəki ağacdan özünü asaraq intihar edib. H.Salahovun meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.
İntiharın hansı səbəbdən baş verdiyi dəqiq bilinmir. Faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.
APA.az

OXŞAR XƏBƏRLƏR