"Kişilər saqqal saxlasınlar. Saqqal kişiləri qadınlardan fərqləndirir. Məsələn, yolda uzun saçlı oğlan görürsən, saqqalı olmayanda qız olduğunu düşünürsən. Çünki müasir dövrdə oğlanlarla qızlar çox bənzər geyinir".
AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, bu sözləri Murat Bayaral "Saklı gerçekler" verilişində danışarkən deyib.
Türkiyəli ilahiyyatçının saqqal barədə dediyi sözlər qalmaqala səbəb olub. Onun fikirləri İngiltərə mediasında işıqlandırılıb. Metro-da yayılan xəbərdə onun fikirlərinə etirazların olduğu bildirilib.