"Kitab bizim ilk dostumuzdur!" - Gənclər Fondunun layihəsi

"Kitab bizim ilk dostumuzdur!" - Gənclər Fondunun layihəsi
SOSİAL
20:48 24.01.2018
1517

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqəsi çərçivəsində qalib olmuş "Kitab bizim ilk dostumuzdur!" adlı layihənin icrası yekunlaşıb.

Binəqədi Gənclər evində yazarlarla 25 gəncin görüşü keçirilib. Layihə rəhbəri Aytən Yusifzadə son zamanlar kitab oxuyanların sayının azalmasından danışaraq Gənclər Fonduna belə layihələrə verdiyi dəstək üçün təşəkkürünü bildirib. O bildirib ki, layihənin əsas məqsədi gənclərin bədii və elmi ədəbiyyata maraqlarının artırılmasıdır. Layihə çərçivəsində hazırlanan və gəncləri mütaliəyə həvəsləndirən videoçarx təqdim olunub. Aytən Yusifzadə onu da bildirib ki, gənclərdə kitab oxumaq ənənələrinin inkişaf etdirilməsi və onların maarifləndirilməsi məqsədi ilə yazarlarla görüşün keçirilməsi də nəzərdə tutulub.

Tədbirdə yazıçı İbrahim Rüstəmli, şair Elçin Mirzəbəyli və yazıçı Kənan Hacı iştirak edib.

 

Qeyd olunub ki, Azərbaycan gənclərinin bədii və elmi ədəbiyyata marağı tarixin müxtəlif dövrlərində fərqli olub. Lakin Azərbaycan ədəbi və elmi mühiti hər zaman dünyaya öz töhvəsini verib. Bildirilib ki, gənclərin bədii və elmi ədəbiyyata maraqlarının artırılması üçün ədəbi və elmi ədəbiyyatın müəllifləri tanıması vacibdir. Vurgulanıb ki, kitab oxumaq bəziləri üçün gərəksiz, bəziləri üçün sadəcə hobbi, bəziləri üçünsə olmazsa olmazlardan biridir. Hər kitab fərqli şeylər öyrədir, fərqli duyğular hiss etdirir, fərqli həyatlar sərgiləyir, fərqli dünyalara aparır

 

Tövsiyyə olunub ki, yaxşı yazan müəlliflərin əsərlərini oxumaq lazımdır. Əsas oxunmuş kitabların çoxluğu deyil, məhz başa düşülən kitabların çoxluğudur.

Sonda Aytən Yusifzadə deyib ki, gənclərlə yazarların tanışlığı onlarda ədəbi mühitə maraq yaradacaq və gənclərin kitab oxumağı yaxşı adət olacaqdır.

Yazarlar gənclərin suallarını da cavablandırıb.






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək
18:59 15.05.2025
Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
18:43 15.05.2025
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
18:31 15.05.2025
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
18:20 15.05.2025
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
18:09 15.05.2025
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
17:59 15.05.2025
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
Lavrov: Zelenski yazıq adamdır
17:57 15.05.2025
Lavrov: Zelenski yazıq adamdır
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
17:49 15.05.2025
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
17:30 15.05.2025
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
Konyada 5,2 maqnitudalı zəlzələ olub
17:27 15.05.2025
Konyada 5,2 maqnitudalı zəlzələ olub
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
17:08 15.05.2025
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
16:59 15.05.2025
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
Qəzzada ölənlərin sayı 53 mini keçdi
16:54 15.05.2025
Qəzzada ölənlərin sayı 53 mini keçdi
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
16:44 15.05.2025
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
16:43 15.05.2025
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
16:27 15.05.2025
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu