Kitab Sərgisinə ayrılan ödənişsiz avtobuslar yoxa çıxdı: "Sonra da deyəcəklər ki, kitab oxuyan yoxdur"

Kitab Sərgisinə ayrılan ödənişsiz avtobuslar yoxa çıxdı: "Sonra da deyəcəklər ki, kitab oxuyan yoxdur"
SOSİAL
14:18 03.10.2025
542
"Beynəlxalq Kitab Sərgisinə getmək üçün yarım saat Elmlər metrosunun girişində, yarım saat çıxışında gözləsəm də, ödənişsiz avtobuslar ortada yoxdur".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri tanınmış videobloger Sərxan Rüstəmov sosial media hesabında yazıb.
 
O Bakıda keçirilən Beynəlxalq Kitab Sərgisinə getmək üçün ödənişsiz avtobus tapmadığını deyib:
 
"Hörmətli təşkilatçılar, qrafik paylaşmısınız, bir zəhmət əməl olunmasına nəzarət edin, camaatı avara qoymayın. Onsuz da insanlarda kitaba sevgi azdır, olanı da siz öldürməyin".
 
Tanınmış yazıçı və jurnalist Dilqəm Əhməd də həmin problemdən şikayətlənib: "Eyni şeyi Koroğluda yaşadım. Heç bir işarə yox idi, bilən də yox idi. Nəhayət, bir polis tapdım, o aparıb göstərdi. Hamı avara qalmışdı".
 
Yazıçı Kənan Hacı da eyni məsələyə münasibət bildirib: "Dünən Koroğlu metrosunun yanında da yox idi. Məcbur olub taksi ilə gedəsi oldum".
 
Sosial media istifadəçisi Rita Məcidova isə yazıb: Bəli, çox bərbad təşkil ediblər servis xidmətini. Bu dəqiqə Koroğluda gözləyirəm. Avtobusun yerini zorla tapmışam. Tapıb oturmuşam 20 dəqiqədir. Təkrar düşürdüblər ki, bu avtobus Elmlərə getməlidir. İnsanların əsəbləri ilə oynayırlar".
 
Şəhriyar Laçınov da nəqliyyat problemindən şikayətlənib: Elmlərdə 5 nəfərdən soruşdum, 28-i 15 dəqiqə fırlanmışam. 3 marşrut sürücüsündən soruşdum, eyni şeyi dedilər: "Hamı onları soruşur, keçən il var idi, bu il yox. Bir azdan da deyəcəklər: "Kitab sərgisinə maraq yoxdur".
 
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. Rəsmi məlumatda qeyd edilirdi ki, sərgi zamanı gün ərzində ziyarətçilərin metronun "Elmlər Akademiyası”, "28 May” və "Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.
 


 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
Azal: Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil edilib
16:15 05.03.2026
Azal: Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil edilib
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
16:12 05.03.2026
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
15:52 05.03.2026
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
15:50 05.03.2026
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
15:36 05.03.2026
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
15:17 05.03.2026
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
15:04 05.03.2026
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
15:01 05.03.2026
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi