KİV: ABŞ Çin mallarına rüsumları 104%-ə qaldıra bilər

KİV: ABŞ Çin mallarına rüsumları 104%-ə qaldıra bilər
DÜNYA
22:41 07.04.2025
156
Pekin Amerika mallarına yeni rüsumların tətbiqindən əl çəkməsə, Vaşinqton Çindən idxal edilən mallara rüsumlarını 104%-ə qaldıra bilər.

Bu barədə AFP agentliyi Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu cür vəziyyət ABŞ prezidenti Donald Trampın Çinə qarşı tarifləri əlavə 50% artırmaqla bağlı səsləndirdiyi sonuncu fikirlər real olacağı təqdirdə yaranacaq. Yeni artımın aprelin 9-da təsdiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, ABŞ artıq Çin mallarına 54 faiz rüsum tətbiq edib.

Bundan əvvəl, Donald Tramp "Truth Social” hesabındakı paylaşımda Çinə sabahadək vaxt qoyub. Onun sözlərinə görə, rəsmi Pekin 8 aprel 2025-ci il tarixinə qədər 34% tarif artımını geri götürməzsə, ABŞ Çinə 50% əlavə rüsum tətbiq edəcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR