KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
DÜNYA
23:31 10.03.2026
83
ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minalamağa başladığı barədə məlumat alıb.
Bu iddia ilə "CBS News”un müxbiri Cennifer Ceykobs çıxış edib.
"ABŞ kəşfiyyat agentlikləri İranın Hörmüz boğazının gəmiçilik dəhlizinə mina yerləşdirmək üçün addımlar atdığı barədə məlumat almağa başlayıb", - Ceykobs "X” hesabında yazıb.