KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb

KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
DÜNYA
20:13 05.03.2025
342
ABŞ Kiyev ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb.

Bu barədə "Financial Times” məlumat yayıb.

Qeyd edilib ki, bu addım Ukrayna ordusunun Rusiya qüvvələrini hədəf alma qabiliyyətini ciddi şəkildə zəiflədə bilər.

Bundan əvvəl "Washington Post" ABŞ hökumətinin Kiyevə hərbi yardımı dayandırılması fonunda Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdən keçirdiyinə dair məlumat yaymışdı.
OXŞAR XƏBƏRLƏR