KİV: ABŞ və İsrail İrana yeni zərbələri müzakirə ediblər

KİV: ABŞ və İsrail İrana yeni zərbələri müzakirə ediblər
DÜNYA
22:56 31.12.2025
97
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu 2026-cı ildə İrana yeni zərbələr endirmək ehtimalını müzakirə ediblər.

AZXEBER.COM  xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Siyasətçilər dekabrın 29-da Ağ Evdə görüşüblər. Məlumata görə, onlar əvvəlki zərbələrin böyük uğur olduğu barədə razılığa gəliblər, lakin Netanyahu qeyd edib ki, İranın nüvə imkanlarını bərpa etməsinin qarşısını almaq üçün təkrar hücumlar zəruri ola bilər.

Xatırladaq ki, Tramp Netanyahu ilə danışıqlardan sonra açıq şəkildə İrana xəbərdarlıq edib: "Ola bilsin ki, İran düzgün davranmır. Bu, hələ təsdiqlənməyib, amma təsdiqlənərsə, nəticənin necə olacağını bilirlər", - deyə ABŞ lideri bəyan edib.
OXŞAR XƏBƏRLƏR